[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/azgfcolor.jpg” ]
Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qaliblərinin nəzərinə:
Fond ilə müqavilə bağlamaq üçün son tarix 20 iyun 2014-cü il, saat 18:00-dır. Bunun üçün Fondun rəsmi saytında təqvimdən tarix və saat seçərək müqavilə imzalamağa tələsin! Əks halda, müqaviləsi imzalanmamış qalib olmuş layihələrin nəticələri ləğv olunacaqdır. Xahiş edirik, VÖEN bildirişi əsasında açılmış hesab barədə arayışı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim edəsiniz.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrinin qalibi olmuş gənclər təşkilatlarının rəhbərlərinin nəzərinə:
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən təşkilatınızın reyestrdən çıxarış sənədinin yenidən alınması zəruridir. Əks halda, sizin Gənclər Fondu ilə imzalanmış qrant müqaviləniz Ədliyyə Nazirliyində qeydiyyata alınmayacaq və Fond tərəfindən köçürülmüş vəsaitin təşkilatınızın hesabından çıxarılması mümkün olmayacaqdır. Bütün bunları nəzərə alaraq qısa zaman ərzində Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinə müraciət edərək reyestrdən çıxarış sənədini almağınız vacibdir.