[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/08.jpg” ]
1 iyun 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ZƏKA” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın “Nağıllar Aləmi” adlı fərdi kukla sərgisi Şəmkir şəhərində Zəka Gənclər Mərkəzinin Müasir İncəsənət Qalereyasında baş tutub.
Tədbirin açılışını rəssam Məhər Məhərrəmov sərgiyə gələn qonaqları salamlayaraq edib. Sərgidə Gəncə Dövlət Humanitar Kollecinin şöbə müdiri Nigar Hüseynova uşaqları 1 İyun-Uşaqların müdafiə günü münasibətilə təbrik etmiş, Sona Məhərrəmovaya sənətində, yaradıcılığında öz tövsiyələrini verərək təbrik etmişdir.
Daha sonra Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri rəssam Məhbubə Həsənova çıxış edərək qonaqları salamlamış, gənclərə dekorativ tətbiqi sənət növünü, milli dəyərlərimiz olan nağılları gələcəkdə qoruyub saxlamalarını tövsiyə etmişdir.
Sərgidə Şəmkir şəhər 7 saylı uşaq bağçasının körpələri və Zəka Gənclər Mərkəzinin rəsm və dekorativ tətbiqi sənət dərnəyinin tələbələri öz rəqsləri və mahnı ifaları ilə müəllimələri Sona Məhərrəmovanı təbrik etmişlər.
İyun ayının 10-a qədər davam edəcək sərgidə dekorativ sənət ustası Sona Məhərrəmovanın dekorativ tətbiqi sənət üslubu və bədii tikmə ilə hazırladığı “Tıq-Tıq xanım”, “Göyçək Fatma”, “Qoğal”, “Turp nağılı”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Məlikməmməd” və s. nağıl qəhrəmanlarından ibarət kuklalar sərgilənmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15818″ id=”15818″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]