[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed-105.jpg” ]
“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gec qalmayın, gənc qalın” adlı layihə çərçivəsində İlkin Tibbi Yardım kursuna sənəd qəbulunu elan edir. Həftədə 2 dəfə keçirilməklə 3 ay müddətində təşkil olunacaq kursun sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. Arzu edən hər kəs iştirak edə bilər. Qeydiyyatdan keçməyə tələsin. Yerlər məhduddur.
Qeydiyyat üçün son tarix: 15 iyun 2014-cü il
Əlaqə: +994 50 529-19-10; +994 12 409-04-65
Həmçinin, www.gimid.az saytı vasitəsilə də kurslara onlayn yazıla bilərsiniz.