[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/ideya.png” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeya Qazandı” işgüzar verilişi hər çərşənbə axşamı saat 23:30-da ATV-də (təkrarı şənbə günləri saat 9:00-da) və çərşənbə günü saat 21:00-da GəncTV-də yayımlanır.
“İdeya Qazandı” işgüzar realiti şou, Azərbaycan TV məkanına yenilik gətirmiş bir layihədir. “İdeya Qazandı” verilişində 16-35 yaş arası gənclər münsiflərin qarşısında öz ideya və ya fəaliyyət göstərən bizneslərini təqdim etməklə maliyyə dəstəyi ala bilir.
Münsiflər-böyük şirkətləri təmsil edən yüksək ixtisaslı mütəxəssislər və ya uğurlu bizneslərin sahibkarlarıdır. Münsiflər-investorlar bəyəndikləri layihələrə qarşılıqsız investisiya edir, həmçinin layihənin müəllifinə layihənin icra edilməsi müddətində məsləhət və istiqamət verir.
Layihənin məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığı gənclər arasında inkişaf etdirmək, gənclərə düzgün iş qurmağı öyrətmək, biznes etikasını aşılamaqdır.
Verilişin gənclər üçün maraqlı və baxımlı olmasını təmin etmək məqsədilə hazırlanmasında xüsusi texnika və qrafikadan istifadə edilmişdir. Çəkilişlər ABŞ-dan dəvət olunmuş rejissor tərəfindən aparılmışdır.
Verilişin ikinci sezonuna ərizələrin qəbulu başlayıb. Müraciət etmək istəyən gənclər daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün ideyaqazandi.az saytından istifadə edə bilər. Nəzərinizə çatdıraq ki, qeydiyyat mərhələsindən uğurla keçən gənclərə biznesin idarəedilməsini əhatə edən mövzularda təlimlər də keçiriləcək.