[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed-1210.jpg” ]
“Gələcəyin Sağlam Əsgəri” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Qeyri-asılılıq vərdişləri ilə mübarizə, sağlam həyat tərzi, yeni mühitlərə alışmamaq (psixoloji hazırlıq) mövzularını əhatə edən təlimlər çərçivəsində Bakı şəhərində yerləşən bir sıra orta məktəblərdə təhsil alan şagird oğlanlar və qızlar üçün təlimlər təşkil olunmuşdur.
Layihənin keçiriləcəyi məktəblər Bakı Şəhəri Təhsil idarəsi tərəfindən müəyyən olunmuş və təlimlərə start verilmişdir. Təlimlər Sabunçu rayonu 252, 271, 78 və 142, Suraxanı rayonu 87, 97, 114 və 275 və Qaradağ rayonu 166 və 233 saylı məktəblərdə həyata keçirilmişdir. Layihə zamanı, həmçinin “Gələcəyin Sağlam Əsgəri” başlığı altında qeyri-asılılıq vərdişləri ilə mübarizə haqqında bukletlər çap olunmuş və məktəblərdə paylanılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15639″ id=”15639″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]