[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed-314.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəıyi ilə “Narkomaniyaya Yox-Sağlam həyata Hə!” devizi altında gənclərin iştirakı ilə preventiv tədbirlərin və idman yarışların keçirilməsinə start verib.
Tədbiri giriş sözü ilə açan layihə üzrə təşkilat komitəsinin üzvü N.Qacayev icra olunan layihənin mahiyyətindən söhbət açıb.
Layihə rəhbəri M.Əliyev bildirib ki, layihə 3 ay müddətində Abşeron və Bakıətrafı qəsəbə və kəndlərdə həyata keçiriləcək.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin narkomaniyadan və pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində, əyləncə mərkəzlərində və idman cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin keçirilməsidir.
Tədbirdə QHT, KİV nümayəndələri, Birliyin İdarə Heyəti və layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər iştirak edib.