[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed14.jpg” ]
Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir. 1990-cı ildən sonra Azərbaycan kinosunda çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən azalmışdır. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər. Kino sahəsində bu kimi vacib məqamları və milli dəyərlərimizi təbliğ edən kinolarımızın gənclər arasında gündəmə gətirilməsi məqsədi ilə “Milli dəyərlərimizi tanıyaq və tanıdaq” layihəsi AzGF-nin IV qrant müsabiqəsində qalib olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə 10 aprel 2014-cü il tarixindən etibarən icrasına başlanılan “Milli dəyərlərimizi tanıyaq və tanıdaq” adlı layihə uğurla başa çatıb. Layihə çərçivəsində Azərbaycan Turizm İnstitutunda kinoların təbliği üçün tələbələr arasında sorğuların təşkili, elanların yerləşdirilməsi və bu kimi digər fəaliyyətlərin icrası nəzərdə tutulmuşdur. Nəzərdə tutulan fəaliyyətlər Azərbaycan Turizm İnstitutunun hər iki korpusunda tədbir təşkil edilərək yerinə yetirilmiş, tələbələr arasında milli kinolara qarşı marağın artırılması, boş vaxtlarında milli dəyərlərə yer verilərək qiymətləndirilməsi geniş təbliğ edilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15613″ id=”15613″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]