[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/12.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Region Gənclərinin Könüllü Fəaliyyətində Gender Bərabərliyinin Rolu” layihəsinin sonuncu təlimi 10 may 2014-cü il tarixində, Şəki şəhərində həyata keçirilib.
30-dan çox gəncin iştirakı ilə baş tutan təlimdə gənclər təlimçi və ekspertin dəyərli fikirlərindən bəhrələnib, gender bərabərliyi, könüllü fəaliyyəti və s. bu kimi məsələlərdə region gənclərinin aktivliyinin təmin olunmasının əhəmiyyətindən danışılıb.
Təlimin sonunda bu təlimin digər regionlarda da keçirilməsi, layihənin dayanıqlılığı və davamlılığının qorunması üçün Şəki gənclərindən ibarət Gender Bərabərliyi Şəbəkəsi yaradılıb.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15594″ id=”15594″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]