[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed13.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc qələm sahibləri” layihəsi uğurla başa çatıb. Layihənin bağlanış və layihə çərçivəsində çap olunan eyni adlı kitabın təqdimat mərasimində gənc yazarlar, media və QHT nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Kitabevim.az” kitab evində keçirilən mərasimdə tədbirin aparıcısı Xəyalə Nəsirli giriş sözünü layihənin rəhbəri Qurbanəli Ömərə verib. Gənc yazar Qurbanəli Ömər ilk öncə layihəsinə dəstək olduğu üçün Gənclər Fonduna təşəkkür edib, Gənclər Fondunun fəaliyyətinin təqdirəlayiq hal olduğunu bildirib və dövlətin gənclər siyasətinin bir hissəsi olan Gənclər Fondu ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Daha sonra layihə haqqında geniş məruzə ilə çıxış edən Qurbanəli Ömər layihənin əhəmiyyətindən, gedişatından və layihə zamanı baş verən problemlərdən və onların necə həll olunmasından danışıb.
Qurbanəli Ömər çıxışında qeyd edib ki, “Gənc qələm sahibləri” layihəsinə 12 fevral 2014-cü il tarixində start verilib. İki həftə ərzində 200-dən çox gənc yazar müsabiqəyə qatılıb. Onların əsərləri ekspertlər tərəfindən təhlil olunduqdan sonra mart ayının ikinci yarısında qaliblərin adları açıqlanıb. 30-a qədər gənc yazarın şeir, esse və hekayəsindən ibarət toplu çap olunmaq üçün redaktorlara təqdim olunub. İndi isə həmin antologiyanın təqdimatı keçirilir. Kitabda əsərləri dərc olunan müəllifləri, eyni zamanda müsabiqəyə qatılan bütün yazarları təbrik edən Q. Ömər onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Layihədə daha çox regionlardan olan, əsərlərini çap etdirmək problemi yaşayan gənclərə üstünlük verilmişdir.
Daha sonra tədbirdə Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov, layihənin tərəfdaş təşkilatı olan “Saf Həyat Naminə” Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova, “Yeni Həyat və Humanitar” Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Bakı Dövlət Universitetinin dosenti Vüsalə Dadaşova, yazıçı Yusif Məmmədoğlu və QHT sədrləri çıxış ediblər.
Sonda kitabda əsərləri dərc olunan müəlliflərdən Könül Həsənqulu, Mahmud Ağakişioğlu, Elşad Can Şamil, Əfsanə Ələsgərli, Ülvi Əhməd, İntiqam Yaşar və başqaları çıxış edib, öz yazılarından nümunələr oxuyublar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15585″ id=”15585″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]