[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed12.jpg” ]
Hacıqabul şəhərində gerçəkləşmiş “Erkən nikahlara qarşı birlikdə” adlı layihə yekunlaşıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşən layihənin əsas məqsədi erkən nikahlar problemi və onun yarada biləcəyi fəsadlar barəsində əhalinin məlumatlılığını artırmaqdır. Bu məqsədlə 100-dən çox şagirdin iştirak etdiyi təlimlər keçirilmişdir. Təlimlərdə qeyd edilmişdir ki, erkən nikahlar qızların təhsil və sağlamlıq hüquqlarının, ümumilikdə qadınların insan hüquqlarının kobud şəkildə pozulması, qadınlara qarşı zorakılıq olmaqla, ailə zorakılığının bir formasıdır. Rəsmi qeydiyyata alınmadığı və hüquqi əsası olmadığı üçün erkən nikahlar, həmçinin, ana və uşaqların əmlak və sosial hüquqlarının pozulmasına səbəb olur.
Layihənin əsas hədəflərindən biri də bu problemi aktuallışdırmaq, onu ictimai fikrə gətirmək, müvafiq dövlət orqanlarının diqqətini bu məsələyə yönəltməkdir.
Xatırladaq ki, layihə Zeynalova Səyalı tərəfindən həyata keçirilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15558″ id=”15558″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]