[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed-215.jpg” ]
Gənclər Fondunun maliyyə dəstəyi ilə 28-29 aprel 2014-cü il tarixində “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin Müasir İncəsənət Qalereyasında “Qum üzərində rəsm” müsabiqəsinin təlim dərsləri keçirilmiş və finala vəsiqə qazanan gənc rəssamlar seçilmişdir. 30 aprel 2014-cü il tarixində “Qum üzərində rəsm” müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqənin açılışını layihənin rəhbəri Fidan İbrahimova edib. Açılış mərasimində peşəkar rəssam Aydın Quliyev qum üzərində rəsm çəkərək iştirakçılara uğurlar arzulayıb.
Müsabiqəyə 44 nəfər gənc həvəskar rəssam müraciət etmiş və onlardan yalnız 19 nəfər finala vəsiqə qazanmışdır. Müsabiqədə könüllü olaraq rəssam Aydın Quliyev, rəssam Ülviyyə Verdiyeva, dekorativ tətbiqi-sənət ustası Sona Məhərrəmova, rəssam Məhər Məhərrəmov, rəssam Lilpar Abbasova və layihə rəhbəri Fidan İbrahimova münsiflər qismində iştirak etmişlər.
Müsabiqədə 1-ci yerə Alıyeva Aysel, 2-ci yerə Qocayev Nurlan və 3-cü yerə İsmayılzadə İsmayıl çıxmışdır. 19 finalçıdan 10 nəfər iştirakçı isə qum üzərində ən yaxşı rəsmi çəkərək münsiflər tərəfindən sertifikatlarla təltif olunublar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15547″ id=”15547″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]