[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed-120.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin maarifləndirilməsi” adlı layihənin icrası yekunlaşıb. 1 ay müddətində icra edilən layihənin məqsədi gəncləri zərərli vərdişlərdən, xüsusilə də gənclər arasında sürətlə yayılan siqaret çəkmə vərdişindən yayındırmaq olub. Elə bu məqsədlə 1 ay müddətində buklet, təlim, sosial şəbəkələr vasitəsilə maarifləndirmə yolları ilə gənclərə səslənilib. Layihə rəhbəri Saqif İsmayılovun sözlərinə görə, layihə müddətində olduqca çox gənclə rastlaşılıb ki, məhz bu gənclər zərərli vərdişə maraq uğruna düçar olub. Əksər gənclərin yaşı isə olduqca azdır.
Qeyd edək ki, layihə 1 ay müddətində davam edib. Yekun olaraq layihə rəhbəri və könüllü əməkdaşlar gənclərə bir daha mübariz, zərərli vərdişlərə qarşı diqqətli və əzmli olmağı məsləhət görüblər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15490″ id=”15490″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]