[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed-122.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 2 ay ərzində həyata keçirilmiş “Fotoklub” fotoqrafiya kursları layihəsi başa çatıb. Azərbaycan Fotoqraflar Birliyinin peşəkarlarının təlimlərini də əhatə edən layihənin həyata keçirilməsində məqsəd Gəncə şəhərində və ətraf bölgələrdə yaşayan gənclərin fotoqrafiya sahəsinə olan maraqlarını artırmaq, yeni, kreativ çəkiliş üslubu və texnikaları, professional fotoqraflığın sirrlərini və foto-kameraların iş prinsiplərini gənclərə öyrətmək olub.
Layihə çərçivəsində gənclər əldə etdikləri bilikləri öz fotoqrafiya işlərində tətbiq etmiş və onları Gəncədə təşkil olunan foto-sərgidə nümayiş etdirmişlər.
“Fotoklub” layihəsi “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Azərbaycan Fotoqraflar Birliyinin yerli qurumlarının iştirakı ilə həyata keçirilib.
Ətraflı:
https://www.youtube.com/watch?v=ZiBr910wXO8
https://www.youtube.com/watch?v=3oUVAYqH8fA
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15462″ id=”15462″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]