[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed-82.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Mənim Hüquqlarım” layihəsi yekunlaşmışdır. Layihə rəhbəri Orucov Bayramın verdiyi məlumata əsasən, layihənin keçirilməsində əsas məqsəd şagirdləri uşaq hüquqları və yol hərəkəti qaydaları barədə məlumatlandırmaqdır. 24 fevral 2014-cü il tarixindən etibarən layihənin icrasına başlanılmış, ilk olaraq “Mənim Hüquqlarım” layihəsi çərçivəsində könüllülərdən ibarət təşkilat komitəsi formalaşdırılmışdır. Daha sonra isə təlimi keçəcək tələbələr və təlimlərin keçiriləcəyi məktəblər müəyyənləşdirilmişdir.
23 aprel 2014-cü il tarixində isə Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi 75 saylı orta məktəb və Xətai rayonu 191 saylı orta məktəbdə təlimlər keçirilmişdir. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs tələbəsi Səma Əsədova və Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Aynur Hüseynova tərəfindən keçirilən təlimlərdə şagirdlərə uşaq hüquqları və yol hərəkəti qaydaları interaktiv metodlarla tədris edilmişdir. Təlim ərzində şagirdlərə “Mənim Hüquqlarım” adlı məlumat kitabçası paylanmışdır. Şagirdlərin də böyük marağına səbəb olan təlimin sonunda isə iştirakçılar sertifikatlarla təltif edilmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15447″ id=”15447″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]