[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed-43.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Zərərli vərdişlərlə mübarizə” adlı layihə yekunlaşıb. 1 ay ərzində icra olunan layihə nəticəsində gənclər zərərli vərdişlər haqqında məlumatlandırılıb. Layihə rəhbəri Sara Bağırlının sözlərinə görə, keçirilən “Zərərli vərdiş- ölümə addım” başlıqlı təlimlər gənclər tərəfindən maraqla qarşılanıb və təlimlərə qatılmaq istəyi böyük olub.
Maarifləndirici bukletlərin paylanılması da gənclər üçün yararlı olub. Belə ki, 1 ay müddətində 100-ə yaxın gənc təlimlərdə könüllü iştirak üçün müraciət edib.
Qeyd edək ki, 2 rayonda aparılan maarifləndirmə və bilgiləndirmə təbliğatı, eyni zamanda təşkil olunan tədbirlər gənclər tərəfindən müsbət qarşılanıb. Təlimdə iştirak edən gənclər təlimlərdən sonra könüllü surətdə işlərini davam etdirmək və zərərli vərdişlərlə mübarizə aparmaq niyyətində olduqlarını bildirmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15383″ id=”15383″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]