[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed3.jpg” ]
Gənclər Fondunun maliyyə dəstəyi ilə Hacıqabul rayonunda “Gənclərin sağlam yaşamı” layihəsi çərçivəsində təlim keçirilib. Təlimdə Hacıqabul rayonundan 60 nəfər gənc iştirak edib. Layihənin rəhbəri Ruhlan Mehbalıyev çıxış edərək bildirib ki, layihənin başlıca məqsədi regionlarda yaşayan gəncləri mövzu üzrə maarifləndirməklə zərərli vərdiş istifadəçilərinin sayının azaldılmasıdır.
R. Mehbalıyev qeyd edib ki, layihə çərçivəsində Masallı rayonunda gənclərə təlim keçirilib. O, növbəti təlimin Şirvan şəhərində keçiriləcəyini diqqətə çatdırıb. Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələskərov çıxış edərək dövlətin gənclərə qayğısından, maarifləndirmə tədbirlərindən və bu tipli layihələrin əhəmiyyətindən danışıb.
Layihənin təlimçisi UNİCEF-in “Sağlam həyat tərzi” mövzusunda təlimçi Əligül Ağayev gənclərə alkoqolizm, narkomaniya, siqaret və s. kimi zərərli vərdişlərin yaratdığı fəsadlar barədə geniş məlumat verib, yaranan psixoloji və fiziki asılılıq aspektlərindən söz açıb. Qeyri-formal təhsil metodundan istifadə edərək interaktiv oyunlar keçirilib, mövzuya uyğun hazırlanmış maarifləndirmə materialları iştirakçılara paylanılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15376″ id=”15376″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]