[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed-52.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Sağlam Gənclik İdmanda” layihəsi uğurla davam edir. Layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onların asudə vaxtlarını sağlam həyat tərzinə uyğunlaşdırmaqla ölkəmizdə geniş idman hərəkatına dəstək verməkdir.
Layihə çərçivəsində Sabunçu rayonunda gənclər arasında ölkəmizdə daima maraqla qarşılanan 3 idman növü-futbol, voleybol və boulinq üzrə yarışlar keçirilmişdir. Qeyd edək ki, layihədə ümumilikdə 60 nəfər gənc iştirak etmişdir.
Layihə rəhbəri Cavid Əliyevin verdiyi məlumata görə, layihədə iştirak edən gənclərin böyük əksəriyyəti bu idman növlərində peşəkar olmasalar belə, gələcəkdə daha geniş miqyaslı yarışlarda iştirak üçün öz qabiliyyətlərini genişləndirəcəklərini söyləmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15344″ id=”15344″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]