[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed-211.jpg” ]
5 aprel 2014-cü il tarixində start verilən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə keçirilən “Virtual Məmləkətim” layihəsi 19 aprel 2014-cü il tarixində başa çatıb.
Öncə layihə rəhbəri Səma İsalı qonaqları salamlayıb və hesabat xarakterli çıxış edib. S. İsalı bildirib ki, layihə müddətində iştirakçılara bloqların yaradılması, ən böyük bloq platforması olan wordpress ilə tanışlıq, onun daha çox istifadə olunan alətlərindən istifadə, müxtəlif dillərdə dərc olunan bloqlarda mövzu seçimində dəstək mövzusunda praktiki təlimlər keçirilmişdir. 5 dərs proqramına əsasən bloq təlimləri gənc bloq üzrə mütəxəsis Elxan Bayramlı tərəfindən keçirilib. Layihənin son təlim günündə ekspertlərlə görüş baş tutub. Görüş zamanı ekspertlər öz təcrübələrini iştirakçılarla bölüşmüş və onları maraqlandıran sualları cavablandırmışlar.
Qeyd edək ki, 5-20 aprel 2014-cü il tarixlərini əhatə edən və 15 nəfər aktiv gənci bir araya gətirən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə keçirilən “Virtual Məmləkətim” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin turizmə olan maraqlarını artırmaq, xüsusilə də, ölkəmizin turizm imkanlarının dünya ölkələrinə tanıtdırılması üçün İKT-dən düzgün istifadə edərək onları bu işə cəlb etməkdən ibarətdir.
Bağlanış mərasimində Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Sahil Balazadə, Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, İnformasiya Texnologiyaları üzrə mütəxəssis Flora Ələsgərova, Dilçilik üzrə mütəxəssislər Tofiq İmanov və Afət Mürsəliyeva, Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri Ağamir Ağamirov və media nümayəndələri iştirak etmişlər.
15 nəfər layihə iştiraçıları tərəfindən yaradılan Azərbaycanın müxtəlif regionları haqqında xarici dillərdə fəaliyyət göstərən bloqların müəllifləri arasında müsabiqə keçirilib və ekspertlər tərəfindən qiymətləndiriliblər. Qiymətləndirmə iştirakçıların bloqlarının təqdimatına, mövzusuna və dizaynına görə aparılıb. Nəticədə ən yaxşı üç bloq sahibləri müəyyən olunub. Beləliklə, I yerə www.heyderlicemil.wordpress.com bloqunun müəllifi Cəmil Heydərli, II yerə alisoy95.wordpress.com bloqunun müəllifi Nazilə Əliyeva, III yerə isə hemide.wordpress.com bloqunun müəllifi Həmidə Ağazadə layiq görülmüşdür.
Qalib gəlmiş bloq sahibləri diplom və mükafatlarla təltif olunublar. Digər iştirakçılara isə sertifikatlar təqdim edilib. Sonda iştirakçılarla xatirə şəkli çəkilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15306″ id=”15306″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]