[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed-5.jpg” ]
26 aprel 2014-cü il tarixində “Qədim sağlamlıq kompleksi ilə sağlam həyat tərzinə yardım” adlı layihə həyata keçirilmişdir. Tədbirdə layihə rəhbəri Həsənova Tomris, təlimçi Yusifov İlqar, ekspert Həsənsoy Azər iştirak etmişlər.
Məruzəçilər qədim Çin sağlamlıq kompleksi olan Çiqun və Tayçi haqqında dinləyicilərə geniş məlumat vermişlər. Bir neçə dinləyici tərəfindən bu qədim sağlamlıq kompleksinə maraq oyanıb və məşğul olmaq istədiklərini bildiriblər.
Sonda tədbir iştirakçıları təşkilatçılara təşəkkür etmiş və bu cür tədbirlərin tez-tez, daha geniş şəkildə təşkil edilməsini arzulamışlar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15296″ id=”15296″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]