[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-4510.jpg” ]
13 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı Moda Festivalı” layihəsinin moda nümayişi keçirilmişdir.
Açılışda çıxış edən layihə təşkilatçıları Azərbaycan Gənclər Fonduna maliyyə dəstəyi göstərdiyinə görə təşəkkürünü bildirib, festivalın Azərbaycanın moda tarixinə töhfə olduğunu, bu cür moda festivalının gələn il beynəlxalq miqyasda keçiriləcəyini söyləyibər. Münsiflər heyətində olan professional modelyerlər, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Geyim dizaynı” kafedrasının müəllimləri Sevil Əliyeva, Azər Əliyev, Sveta Cəfərova, Fidan Süleymanova və model Kəmalə Quliyeva da iştirakçılara uğurlar arzu etmişlər.
Bakı Moda Festivalında 15 nəfər gənc modelyer-rəssamın kolleksiyalarının eskiz hallarından ibarət geyim nümayişi təşkil edilib. Tədbirin sonunda münsiflər heyəti tərəfindən 3 nəfər modelyer və model xüsusi mükafata və diploma layiq görülüblər. Əlavə həm modelyer, həm də modellər arasından 5 nəfər isə moda agentlikləri və kinostudiyalar ilə müqavilə əsasında işləməyə cəlb olunublar. Qeyd edək ki, festivalda iştirak edən hər bir modelyer və model sertifikatla, modelyerlər və modellər arasından professional münsiflər heyəti tərəfindən seçilən ilk üç yerin qalibləri isə diplomla təltif olunublar.
Moda nümayişi xüsusi hazırlanmış səhnədə, hər bir modelyerin minimum 3 geyimdən ibarət bir neçə kolleksiyasının təqdimatı ilə baş tutub. Ümumilikdə, layihə 65 nəfər iştirakçını əhatə edib.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə-müəllim heyəti, incəsənət və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Layihənin məqsədi Azərbaycan İncəsənətinin, Geyim Dizaynının və eləcə də, moda sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamları və modelyerləri tapıb üzə çıxarmaq və onların tanıtımına təkan verərək digər tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən proffesional modeleyerlərlə əlaqələrinin yaradılması və möhkəmlənməsidir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15090″ id=”15090″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]