[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-377.jpg” ]
Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Tarixinə sahib ol” layihəsi uğurla başa çatıb. Layihənin bağlanış mərasimi 61 saylı tam orta məktəbdə keçirilib. Məktəbin 9-cu sinif şagirdi Ləman Saramanova hər kəsi salamlayaraq tədbiri açıq elan etmiş və sonra dövlət himni oxunmuşdur. Çıxış üçün ilk söz məktəbin direktoru Zemfira Şıxəliyevaya verilib. Direktor çıxış edərək layihə haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb və layihə rəhbəri Nuriyyə Hüseynovaya, tərəfdaş təşkilat “Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri, eyni zamanda layihə üzrə təlimçi Nailə İsmayılovaya və ixtisasca tarixçi olan gənc yazar Qurbanəli Ömərə layihəni məhz onların məktəbində həyata keçirdikləri üçün dərin təşəkkürünü bildirib.
Daha sonra layihənin təlimçisi Nailə İsmayılova iki həftə ərzində ayrı-ayrı yuxarı sinif şagirdləri üçün keçirilmiş təlimlərin yekunu haqqında məlumat verərək məktəblilərin layihə boyu göstərdikləri fəallığı alqışlayıb və bildirib ki, Azərbaycanın tarixini öyrənmək hər kəs üçün önəmli və vacibdir.
Tədbirin sonunda şagirdlərə hazırladıqları slayda və layihədə göstərdikləri fəallığa görə sertifikatlar təqdim olunub.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15079″ id=”15079″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]