[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-925.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin psixoloji problemləri” adlı layihə həyata keçirilmişdir. Layihənin məqsədi müxtəlif səbəblərdən psixoloji çətinliklərə qapanan gəncləri yenidən cəmiyyətə qazandırılmaq, onların vətəndaş cəmiyyətinə inteqrasıyasına dəstək olmaqdır.
13 aprel 2014-ci il tarixində start götürən “Gənclərin psixoloji problemləri” layihəsində müxtəlif təhsil müəssisələrində təhsil alan 50 nəfər gənc iştirak etmişdir. Layihə çərçivəsində müxtəlif təlim, seminar və interaktiv oyunlar keçirilmişdir.
Layihədə iştirak edən gənclərin təklifi ilə təlimlərin müxtəlif məktəblərdə mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuş və xatirə fotosu çəkilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15060″ id=”15060″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]