[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed80.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən Bakı şəhəri Nərimanov, Binəqədi və Suraxanı rayonlarında fəaliyyət göstərən orta ixtisas təhsil, ümumtəhsil, köçkün tam orta məktəblərində “Sağlam gənclik-Sağlam gələcək!” devizi altında layihə həyata keçirilmişdir.
Təlimlərdə iştirakçılara Narkomaniya haqqında ümümi məlumat, narkotik vasitələrin təsnifatı, narkotik istifadəçilərinin digər xəstəliklərə yoluxmaları, İslam dinində özünəqəsd, siqaret və onun orqanizmə təsiri, narkotik sağlamlığı necə məhv edir, qeydiyyatda olan narkotiklərdən əziyyət çəkən xəstələr, narkotiklərlə bağlı cinayətkarlıq, ölkəyə gətirilən narkotiklər, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasına dair statistika, Azərbaycan Respublikasının narkomaniya və narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi tədbirlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər haqqında məlumatlar verilmiş, qeyd olunan mövzular ətrafında müzakirələr aparılmış, şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.
Layihə çərçivəsində “Sağlam gənclik-Sağlam gələcək!” adı altında 3500 ədəd buklet və 3500 ədəd broşur nəşr olunaraq iştirakçılara paylanmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14978″ id=”14978″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]