[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-366.jpg” ]
Şirvan şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərdə narkotik vasitələrə qarşı nifrəti aşılamaq” adlı layihə həyata keçirilmişdir. Layihənin əsas məqsədi gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaq və minimuma endirmək idi. Bunun üçün təşkilatçılar Şirvan şəhərində orta məktəblərdə təbliğat kampaniyaları və məlumatlandırma görüşləri təşkil etmişlər. Layihənin icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş 3 orta məktəbdən olan gənclərdən ibarət qruplar formalaşdırılmış, “Narkomaniya nədir?”, “Narkomaniyanın yayılmasından törəyən dəhşətli xəstəliklərdən olan QİÇS və Hepatit C”, Narkomaniyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə, fəsadların aradan qaldırılması yolları və s. mövzularda geniş məlumatlar verilmişdir.
Layihə nəticəsində 90 nəfər gənc təlimlər vasitəsilə məlumatlanmışlar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14871″ id=”14871″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]