[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/RMC_7771.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan “Gənc xanımların uğur formulu” adlı layihə 5 aprel 2014-cü il tarixində yekunlaşıb.
Layihə rəhbəri Arzu Bəbirova çıxışında qeyd edib ki, bu gün qadınlar ictimai həyatın hər bir sahəsində fəallıq göstərir, öz sözünü deyir.
Layihənin ikinci günü Bazarstore MMC-Supermarketlər şəbəkəsinin PR və marketinq rəhbəri Günay Novruzqızı, “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin teleaparıcısı Samirə Mustafayeva və təlimçi-ekspert Günel Səfərova qonaq olublar.
Qonaqlar öz uğur formulları haqqında danışıblar. Bildiriblər ki, uğur formulunun əsasını inam hissi və məqsədyönlü olmaq təşkil edir. Daha sonra görüş qarşılıqlı diskussiya şəklində davam edib və qonaqlar iştirakçıların suallarını cavablandırıblar.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “World Business Centre”da 4-5 aprel 2014-cü il tarixlərini əhatə edən layihənin əsas məqsədi cəmiyyətdə gənc istedadlı xanımları aşkar etmək, gənc xanımlarda ictimai sferaya maraq oyatmaq və onları bu sahə ilə yaxından tanış etmək olub. Layihə çərçivəsində ölkəmizdə uğur qazanmış xanımlar öz təcrübələrini iştirakçılarla bölüşüb, töhfələrini veriblər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14783″ id=”14783″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]