[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/DSC_00662.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “28 mall” ticarət mərkəzində “Düşünən daşlar” fərdi layihəsi həyata keçirilmişdir. Layihənin keçirilməsində əsas məqsəd heykəltəraşlıq sənətini gənclər arasında inkişaf etdirmək, gənclərin bu sahəyə marağını daha da artırmaq, bu sənətlə məşğul olan gənclərin əl işlərinin sərgisini təşkil etmək və gəncləri mükafatlandırmaqdır. Layihə çərçivəsində 50-yə yaxın gənc öz əl işlərini layihəyə təqdim etmiş, onların arasından seçilən ən yaxşı işlərin sərgisi təşkil edilmişdir. Tədbirin sonunda münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı I, II və III yer sahibləri sertifikat və mükafatlarla təltif olunmuşlar.
Qeyd edək ki, layihədə iştirak etmiş iştirakçıların əl işlərinin kataloqu hazırlanıb ictimaiyyətə təqdim olunacaq.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14772″ id=”14772″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]