[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/l2.jpg” ]
Gəncədə “Region Gənclərinin Könüllü Fəaliyyətində Gender Bərabərliyinin Rolu” layihəsinin təlimlərinə start verilib. Təlimlər Azərbaycanın 5 regionunda həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 18 mart-18 may 2014-cü il tarixlərini əhatə edən, Azərbaycanın 5 regionunda həyata keçirilən “Region Gənclərinin Könüllü Fəaliyyətində Gender Bərabərliyinin Rolu” layihəsinin təlimlərinə 19 aprel 2014-cü il tarixində start verilib.
Layihənin əsas məqsədi regionlarda yaşayan və könüllü fəaliyyət göstərən gənclərin gender bərabərliyi haqqında maarifləndirilməsi və gələcək fəaliyyət dönəmlərində gender bərabərliyinə əməl etməklə sağlam vətəndaş cəmiyyətinin qurulmasına öz töhfələrini verməkdən ibarətdir. Təlimlər peşəkar təlimçi və ekspert tərəfindən Respublikamızın Samux, Ağstafa, Ağdam rayonu, Şəki və Mingəçevir şəhərlərində keçirilir.
Təlimlərin sonunda layihənin davamlılığı olaraq Gender Bərabərliyi mövzusunda şəbəkə yaradılacaq və bu şəbəkə layihə bitdikdən sonra layihə keçirilməyən regionlarda təlimlər və dəyirmi masalar keçirməklə gəncləri maarifləndirəcək.