[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/logo.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 9 aprel-9 may 2014-cü il tarixlərində Gəncə şəhərində “Zərərli vərdişdən-Zəruri vərdişə” adlı layihəyə start verilib.
16-24 yaş arası gənclərin faydalanacağı layihənin məqsədi gəncləri zərərli vərdişlər haqqında maarifləndirmək və eləcə də, onların zəruri vərdişlərə yönləndirilməsinə kömək olmaqdır. Təlimlər qeyri-formal təhsil əsasında həyata keçirilir. Təlimi başa vuran gənclər öz regionlarında mövzu ilə bağlı təlimlər keçəcəklər.