[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-729.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində “Gənc kimyaçıların təcrübə mübadiləsi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Sumqayıt Dövlət Universitetində təhsil alan gənc kimyaçılar “Azərkimya” İstehsalat Birliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) digər regional müəssisələrinin kadr hazırlığına olan tələbatını ödəmək məqsədilə yaradılmış ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin fəaliyyəti, burada yaradılmış neft-kimya istehsalatının iri maketləri və onların iş prinsipi ilə əyani olaraq tanış olublar.
Daha sonra “Azərkimya” İstehsalat Birliyinin akt zalında gənc kimyaçıların iştirakı ilə kimya sənayesi sahəsində baş verən yeniliklər və karyera imkanlarına həsr olunmuş seminar-konfrans keçirilib.
Layihənin rəhbəri Tural Adıgözəlov bildirib ki, layihəni həyata keçirməkdə məqsəd gənc kimyaçıların müasir texnologiyalar əsasında təcrübələrinin genişləndirilməsinə, kimya sənayesi sahəsində elmi naliyyətlərlə praktik tanış olmalarına şərait yaratmaq və bununla yanaşı, gəncləri kimya sənayesi sahəsində uğurlu karyera qurmağa stimullaşdırmaqdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14724″ id=”14724″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]