[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed71.jpg” ]
10 aprel 2014-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vergilər Məktəbi” layihəsi baş tutmuşdur. “Vergilər Məktəbi” layihəsinin açılış mərasimini giriş sözü ilə açan layihə koordinatoru İlqar Kərimov layihənin məqəsdi, vəzifələri və hədəfləri haqqında qısa məlumat verdikdən sonra sözü təlimçi, “AN projects managment group” şirkətinin direktoru Nihad Allahyarlıya vermişdir.
Təlim vergi, vergi qoyma, vahid pəncərə sistemi, şirkət qurma yolları və uğurlu biznes ideyaları kimi mövzuları əhatə etmiş və qarşılıqlı diskusiya şəraitində davam etmişdir.
Layihənin sonunda uğurlu iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, “Vergilər Məktəbi” layihəsinin məqsədi cəmiyyətdə vergi mədəniyyətini formalaşdırmaq, gənclərə vergi anlayışlarını, dövlət üçün vergilərin əhəmiyyətini izah etmək, onlarda vergilərə maraq yaratmaq, vergi orqanı tərəfindən göstərilən vergi xidmətinin ünvanlılığına nail olmaq, vergini ödəməyin hər kəsin mənəvi borcu və bu gün ödənilən vergilərin gələcəyə qoyulan sərmayə olduğunu aşılamaq, gənclərin biznes sferasında təmsil olunmağına nail olmaqdır.
Layihədə 100 nəfər gənc iştirak etmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14708″ id=”14708″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]