[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/12.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Beyləqan rayonunda “Vətənini Sev” layihəsi həyata keçirilib. Tədbirdə layihə rəhbəri Bəxtiyar Rəhimov, Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Əliyev, Gənclər və İdman İdarəsinin nümayəndəsi Oruc Vəliyev və Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyinin sədri Zaur Quliyev iştirak edib. Layihə rəhbəri B.Rəhimov layihə haqqında danışıb. Son illərdə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan natiq gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin çox önəmli olduğunu vurğulayıb. O, bildirib ki, layihənin keçirilməsində əsas məqsəd vətənimizin tarixinin, onun şərəfli səhifələrinin, ağır dövrlərinin gənc nəsil arasında təbliğidir. Hədəf Azərbaycan həqiqətlərini, Ermənistan silahlı birləşmələri tərərfindən işğal olunmuş torpaqlarımızı, Xocalı soyqırımını, Qanlı 20 Yanvarı unutmamaq, Milli Qəhrəmanlarımızı tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır.
Tədbirin sonunda iştirak edən gənclərə “Vətənini Sev” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı və Şəhadətnamələr təqdim olunub.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14683″ id=”14683″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]