[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed67.jpg” ]
9 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Təbiət Elmləri” İctimai Birliyinin tərəfdaşlığı ilə “Ayağa qalx, Hərəkət et!” layihəsinin icrasına start verilmişdir.
Layihənin açılış mərasimini giriş sözü ilə açan layihə rəhbəri Kənarə Novruzova layihə haqqında qısa məlumat vermişdir. İştirakçıları layihənin proqramı ilə tanış edən layihə rəhbəri layihə günləri, təlim saatları və hədəflər haqqında söhbət açmışdır. Açılış mərasimindən sonra isə layihənin ilk təliminə start verilmişdir. Təlim “Təbiət Elmləri” İctimai Birliyinin sədri Rövşən Əkbərov tərəfindən “Biomimetika: təbiətdəki texnologiyalar” mövzusunda həyata keçirilmişdir.
Qeyd edək ki, layihə 2 gün ərzində Bakı şəhərində keçirilmiş və layihədə 100 nəfər gənc iştirak etmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14653″ id=”14653″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]