[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-263.jpg” ]
9 aprel 2014-cü il tarixində Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mənim Qarabağım” rəsm sərgisinin açılış mərasimini həyata keçirib. Sərginin açılış tədbirində BDU tələbələri ilə yanaşı, digər universitetlərdən olan gənclər və KİV nümayəndələri də iştirak edib.
Sərgini giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın Qənbərov sərginin Qarabağ həqiqətlərinin tanıdılması yönündə gənclər tərəfindən atılmış önəmli addım olduğunu vurğulayıb. Komitə sədri Azərbaycan Respublikası Prezidentinin gənclərə olan diqqət və qayğısından danışıb.
Daha sonra komitə sədri layihə haqqında ətraflı məlumat vermək üçün sözü geologiya fakültəsinin tələbəsi, layihənin rəhbəri Asif Səlimova verib. Asif Səlimov layihənin gedişatı və icrası haqqında iştirakçıları geniş məlumatlandırıb. Sonra sərginin açılışı mərasimi baş tutub. Gənc rəssam Həlimə Ələsgərova ilə birlikdə əsərlərə baxış keçirilib. Rəssam Həlimə Ələsgərova rəsm əsərlərində ifadə etdiyi hiss və emosiyanı iştirakçılarla bölüşüb.
Sərgi tələbələrin böyük marağına səbəb olmuş və gün boyunca tələbələr sərgiyə təqdim olunmuş əsərlərlə tanış olmuşlar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14573″ id=”14573″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]