[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed62.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Röyalə Məmmədovanın həyata keçirdiyi “Könüllü liderlərin səfərbəylik layihəsi”ndə TOP’S metodologiyası və gənc liderlərin hazırlanması üzrə təlim keçirilmişdir. Dünya təcrübəsi sübut edir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı cəmiyyətə inteqrasiya prosesində daha effektiv və sürətli olur. Belə bir proses həm də onların uşaq və əlillik hüquqlarından tam istifadəsinə şərait yaratmış olur. Odur ki, layihə çərçivəsində tətbiq ediləcək “Qırmızı Top Uşaq Oyunu” metodu da məhz belə bir prosesin daha əyləncəli, təhlükəsiz və inkluziv qaydada baş verməsini təmin edir. Başqa sözlə, TOP metodu müxtəlif əlillik dərəcəsinə malik uşaqlarla tipik həmyaşıdlarının şən, inkluziv və təhlükəsiz oyunlar vasitəsilə inteqrasiyasına və inkişafına xidmət edir. Bu metodologiyanın tətbiqi ilə təkcə xüsusi qayğıya ehtiyacı olan uşaqlar deyil, həm də tipik uşaqlar asudə vaxtlarını daha faydalı və maraqlı keçirmiş olurlar. Təlimdə aşağıdakı vəzifələr uşaqlara aşılanmışdır:
1) Könüllü liderlər yetişdirmək və onları əlillik problemləri ətrafında səfərbər etməklə gənclər arasında əlilliyə münasibətin dəyişdirilməsi;
2) Sağlam və əlilliyi olan uşaq və gənclər arasında dostluq və yoldaşlıq münasibətlərinin qurulması ilə onların sosial inteqrasiyasını təmin etmək;
3) Əlilli olan uşaq və gənclərin asudə vaxtlarında idman və oyunlar vasitəsilə potensiallarının artırılmasına yardımçı olmaq;
4) Sağlam və əlilliyi olan gənclərin birgə fəaliyyəti timsalında inkluziv cəmiyyət modelini nümayiş etdirmək.
“Qırmızı Top Uşaq Oyunu” metodu üzrə 11 saylı orta məktəbin şagirdləri və Ağcabədi Pedaqoji Kollecinin tələbələri iştirak etmişlər. İki gün ərzində 60 nəfər şagird və tələbələrin arasından 10 nəfər gənc lider hazırlanacaq ki, onlar mütamadi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkəcək və onlarla birgə şən, əyləncəli və inkluziv oyunlar təşkil edəcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14500″ id=”14500″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]