[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-444.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə həyata keçirilən “Əngəllər tanımayan ürəklər” layihəsi çərçivəsində Parolimpiya çempionu İlham Zəkiyev ilə görüş keçirilib. Layihənin məqsədi fiziki qüsurlu gənclərin fəal həyat tərzi sürməsini stimullaşdırmaq, onların ictimai-fəal gənc olmalarına yardım etməkdir. Tədbiri layihə rəhbəri Orxan Əzizov açaraq iştirakçılara bu barədə məlumat verib. Sonra iştirakçılara əngəlli, lakin uğurlu şəxslər barəsində hazırlanmış video-çarx nümayiş etdirilib.
Daha sonra söz parolimpiya çempionu İlham Zəkiyevə verilib. İlham Zəkiyev öz həyatı və uğurları haqqında söz açıb və gənclərin suallarını cavablandırıb. Sonda isə iştirakçılara məlumatlandırıcı kitabçalar paylanılıb.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14467″ id=”14467″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]