[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-257.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində həyata keçirilən “Xalq sənətini unutmayaq!” layihəsi mədəni dəyərlərin qorunması istiqamətində dövlətimizin apardığı məqsədyönlü işə dəstək vermək məqsədi daşıyır. Layihə Azərbaycan xalqının uzun illər bundan öncə yaratdığı, əsas məqsədi ailənin qorunmasına xidmət etmək olan və hazırda unudulmaq təhlükəsi ilə üz-üzə qalan xalq oyun tamaşalarının yenidən cəmiyyətə tanıdılmasına həsr edilmişdir.
Layihədə uzun illər öncə əsasən Kəlbəcər rayonunda və bütün Qarabağda el şənliklərində, tədbirlərdə oynanılan “Maraloyunu” və “Kilimarası” oyun tamaşalarının yenidən ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Erməni qəsbkarlarının işğalından sonra Azərbaycan xalqına məxsus olan bu mədəni dəyər hazırda unudulmaqdadır. Bu xalq oyunlarında ailəyə sadiqlik, ailə təməllərinə sədaqət, ailə daxilində qarşılıqlı hörmət və ehtiram təbliğ edilir.
Bunu əsas götürürək “Xalq sənətini unutmayaq!” layihəsi çərçivəsində müxtəlif tədbirlər və təqdimatlar keçirilmiş, maarifləndirici bukletlər paylanmışdır. Gəncə şəhərində keçirilən tədbir Kəlbəcər rayon mədəniyyət evində baş tutmuşdur. Tədbir zamanı “Maraloyunu” xalq oyun tamaşası yenidən lentə alınmış və onun əsasında video-çarx hazırlanmışdır. Kəlbəcər rayon ziyalılarının və Gəncə şəhərindəki qəsəbədə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinlərinin iştirak etdiyi bu tədbir böyük marağa səbəb olmuşdur.
Layihənin icrası nəticəsində xalq oyun tamaşaları yenidən lentə alınmış və bunun əsasında hazırlanan video-çarx internetdə paylaşılmışdır. Çap edilən maarifləndirici bukletlər gənclərə paylanmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14447″ id=”14447″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]