[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/1458436_680800478633354_1434203152_n.jpg” ]
18 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Piraya Mammadova tərəfindən həyata keçirilən “Nifrət Nitqinə Yox” adlı fərdi layihənin ilkin mərhələsi baş tutub. Layihənin əsas məqsədi Avropa Şurasının “Nifrət Nitqinə Yox Hərəkatı” beynəlxalq kampaniyası barədə gəncləri məlumatlandırmaq və maarifləndirməklə yanaşı, gənclərə ictimai davranışı, ünsiyyət qaydalarını, region gənclərində ətraf aləmə tolerantlıq hissini aşılamaqla, cəmiyyətə, insanlığa daha da duyarlı və diqqətli olmağa təşviq etmək, gənclərin ictimai davranış qaydalarının təbliği sahəsində fəaliyyətlərini dəstəkləmək və idarə etməkdir.
Layihə Şəmkir rayonunda həyata keçirilməklə Azərbaycanın bütün regionlarından olan 14-29 yaşlı gəncləri əhatə edir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14425″ id=”14425″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]