[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-442.jpg” ]
Gənclər Fondunun maliyyə dəstəyi və “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin tərəfdaşlığı ilə Bakıda “Yaşıl Yol” adlı layihə keçirilib. Layihə rəhbəri Kəmalə Rəsullunun verdiyi məlumata görə layihənin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini yol hərəkəti haqqında qanunlara daha çox cəlb etmək, yol qəzalarının azalması yönündə maarifləndirmə aparmaq və töhfələr verməkdir.
Layihə çərçivəsində təlim-seminar keçirilib. Təlimdə təşkilat komitəsi tərəfindən seçilmiş 30 nəfər gənc iştirak edib. Layihənin sonunda iştirakçılara layihə rəhbəri tərəfindən sertifikatlar təqdim olunub.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14404″ id=”14404″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]