[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-914.jpg” ]
5 aprel 2014-cü il tarixində Divan Exspress Bakı otelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “Virtual Məmləkətim” adlı layihənin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Azərbaycan Turizm İnstitutunun dekanı Sevda Vəzirova, Azərbaycan Turizm İnstitutunun dekan müavini Anar Fərmayılov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Turizm İnstitutu Linqvistika kafedrasının müdiri Seyidəli Məmmədov, Azərbaycan Turizm İnstitutunun baş müəllimi Afət Mürsəliyeva, bələdçi-tərcüməçi Tofiq İmanov, Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri Ağamir Ağamirov və media nümayəndələri iştirak etmişlər.
Çıxış edənlər son illər turizm və İKT sahəsinə gənclərin marağının artmasından söz açıb və bu səbəbdən layihənin aktuallığını önə çəkiblər. Sonda qonaqlar layihənin davamlı olması üçün uğurlar arzu ediblər.
15 nəfər aktiv gənci bir araya gətirəcək “Virtual Məmləkətim” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin turizmə olan maraqlarını artırmaq, xüsusilə də, ölkəmizin turizm imkanlarının dünya ölkələrinə tanıtdırılması üçün İKT-dən düzgün istifadə edərək onları bu işə cəlb etməkdən ibarətdir.
Qeyd edək ki, 5-20 aprel 2014-cü il tarixləri arasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə keçirilən “Virtual Məmləkətim” layihəsi çərçivəsində layihəyə cəlb olunmuş 15 nəfər iştirakçıya ilkin olaraq bloq təlimləri keçirilir. Sonrakı mərhələdə hər bir iştirakçı Azərbaycanın müxtəlif regionları haqqında xarici dillərdə fəaliyyət göstərəcək bloq yaradaraq topladıqları məlumatları elektron formada öz bloqlarında yerləşdirəcəklər.
Sonda iştirakçılar arasında müsabiqə keçiriləcək və ən yaxşı üç bloq sahibi diplom və mükafatla təltif olunacaq.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14364″ id=”14364″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]