[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed52.jpg” ]
5 aprel 2014-cü il tarixində Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sumqayıt gənclərinin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin açılış mərasimi keçirilmişdir.
Layihənin məqsədi Sumqayıt gənclərinin sahibkarlıq fəaliyyətində biznes planının yazılması, rəqabətə davamlılıq, marketinq və menecment mövzularında onları maarifləndirməkdir.
Sözügedən tədbirdə Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin əməkdaşı, KİV nümayəndələri, tanınmış ekspertlər və layihədə iştirak edən gənc sahibkarlar iştirak etmişlər.
Layihə çərçivəsində gənclərdə sahibkarlıq fəaliyyətinə yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, öz işlərini səmərəli istifadə etmək üçün məlumatlar vermək və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanmış, maarifləndirici bukletlər nəşr edilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14357″ id=”14357″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]