[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-722.jpg” ]
Mərkəzi Elmi Kitabxananın əməkdaşı, doktorant Natiq Mürsəlovun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə icra etdiyi “Gənclər arasında elmi ədəbiyyatın təbliğinin informasiya təminatı” adlı layihəsinə əsasən “Elmin innovativ inkişafının informasiya təminatı: Annotasiyalı elmi biblioqrafik göstərici”si çap edilmişdir. Elmi-biblioqrafik göstəricidə bütün elm sahələrini özündə əks etdirən, müstəqillik dövründə Azərbaycanda nəşr edilən və Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının fondunda saxlanılan 514 adda elmi ədəbiyyatın (dərslik, dərs vəsaiti və monoqrafiya) annotasiyası verilmişdir.
Qeyd edək ki, layihənin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsi, gənclərin elmi, intellektual potensialının artırılması, gənclərdə məsuliyyət hissinin formalaşdırılmasından ibarətdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14324″ id=”14324″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]