[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-170.jpg” ]
Fiziki şəxs Həsənova Könül Mirəli qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsi icra olunur. Layihənin məqsədi region gənclərinin aktiv sosial inteqrasiyası üçün onlar arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi olmuşdur. Hacıqabul rayonunda icra olunmuş layihə gənclər arasında sosial problemlərin həllinə kömək etməklə bərabər, həmin gənclərin aktiv vətəndaş kimi formalaşmasında yardımçı olmuşdur.
Layihənin effektiv icra olunması məqsədilə layihə çərçivəsində praktiki işlər, maarifləndirici aksiyalar və qeyri-formal təhsil təlimləri keçirilmişdir. Təlimlər zamanı iştirakçılara zəruri əyani vəsaitlər də paylanmışdır. Təlimlərdə əsasən Könüllülük nədir, könüllülüyün prinsipləri və məqsədləri, könüllünün hüquq və vəzifələri, könüllülərin iştirakçılığı, könüllülük: yerli və beynəlxalq təcrübə, könüllülük sahəsində qanunvericilik, Avropa Könüllü Xidməti və s. mövzular əhatə olunmuşdur. Gənclər təlimlərdə çox aktiv iştirak etmişlər.
Layihə çərçivəsində silsilə tədbirlər davam etdiriləcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14297″ id=”14297″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]