[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-529.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Tariximizlə qürur duyaq” layihəsi çərçivəsində ictimai dinləmə keçirilmişdir. Şəmkir rayon Heydər Əliyev Mərkəzində təşkil edilən dinləmədə Şəmkir rayon icra başçısının humanitar məsələlər üzrə müavini Sona Əliyeva, “Zəka” Gənclərin İntellektual İnkişafı və Yaradıcılıq Mərkəzinin direktoru Araz Paşayev, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə və rayon Mədəniyyət və Turizm şöbəsinin müdir əvəzi Əsgər Ələsgərov, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyev, Gənclər və İdman İdarəsinin müdiri Pərvin Gözəlov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Türkan Əlizadə layihənin məqsədi, indiyədək keçirilən təlimlər, ekskursiyalar barədə iştirakçılara məlumat vermiş, milli mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğində, regionda turizmin inkişafı probleminin həllində belə dinləmələrin vacibliyini qeyd etmişdir.
Dinləmə iştirakçıları mövzunu çox maraqla qarşılamış, geniş diskussiya və müzakirələr aparılmışdır. Rayon icra başçısının müavini Sona Əliyeva təbliğatın çox önəmli olduğunu, sözügedən layihənin, bu sahədə göstərilən fəaliyyətlərin sosial şəbəkələrdə geniş reklam olunmasının vacibliyini vurğulamışdır.
Mədəniyyət və Turizm şöbəsinin müdir əvəzi Əsgər Ələsgərov tarixi abidələrimizin qorunması və təbliği sahəsində aparılan dövlət siyasətindən, qəbul edilən fərmanlardan danışmış, 2014-2016-cı illərdə artıq ölkədəki bütün tarixi mədəniyyət abidələrinin pasportlaşdırılacağı, o cümlədən, Şəmkirdə mövcud olan 71 tarixi abidənin 15 aprel 2014-cü il tarixindən başlayaraq pasportunun hazırlanacağı haqqında məlumat vermişdir.
“Zəka” Gənclər Mərkəzinin direktoru Araz Paşayev isə təhsil müəssisələrində Azərbaycanın qədim tarixi ilə bağlı biliklərin verilməsinə daha ciddi yanaşılmasını, ən qədim tarixi abidələrimiz olan qalalarla bağlı elektron xəritənin yaradılmasını təklif etmişdir.
Dinləmə zamanı iştirakçılar tərəfindən tarixi abidələr haqqında məlumatların yayımlandığı kataloqların, posterlərin hazırlanması, həmin abidələrin mövcud olduğu yerlərə yolların çəkilməsi, videoroliklərin hazırlanması barədə müxtəlif fikirlər səslənmişdir.
Sonda layihə rəhbəri səslənən fikirlərin ümumiləşdirilərək əlaqədar təşkilatlara təqdim olunacağını söyləmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14266″ id=”14266″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]