[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-341.jpg” ]
Təlimlərin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə yol hərəkəti qaydalarını aşılamaqdır. Təlimdə yaşayış ərazilərində, dəmiryol keçidlərində və avtomagistrallarda hərəkət qaydaları təlim iştirakçılarına izah edilib və bir sıra test tapşırıqları yerinə yetirilib. Bu təlimlərin keçirilməsi həm maddi, həm də mənəvi cəhətdən dəyən zərərin azalmasına xidmət edəcək.
Avto-təlimlərə yol hərəkəti qaydalarını dərindən mənimsəmək və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclər cəlb olunublar.
Avto-təlimlər bir ay müddətində davam edəcək və yekun olaraq özünü sınamaq istəyən tələbələr Dövlət Baş Yol Polisi İdarəsində qeydiyyatdan keçərək imtahan verəcəklər.
Avto-təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14225″ id=”14225″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]