[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed45.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyətşünaslıq Üzrə Elmi-Metodiki Mərkəzin, Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin, Gəncə Dövlət Rəsm Qalereyasının və Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə Bakı şəhərində Muzey Mərkəzinin Sərgi salonunda 15-16 aprel 2014-cü il tarixlərində rəssam Məhər Məhərrəmovun Azərbaycanın dahi şairi Nizami Gəncəvinin həyat və yaradıclığının 870 illik yubileyinə həsr olunmuş “Xəmsə” adlı fərdi sərgisi baş tutacaq.
Sərgidə rəssamın Nizami Gəncəvi yaradıcılığının ölməz inciləri olan “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl”, “İsgəndərnamə” poemalarına rəssamlığın vitraj üslubunda (şüşə üzərində rəsm) işlədiyi 40 ədəd əsəri sərgilənəcək. Layihə-sərginin əsas məqsədi Nizami Gəncəvi yaradıcılığının gözəllik, ədalət, igidlik, insanlıq, xoşbəxtlik uğrunda ölməz mübarizə ideyalarını rəsm əsərlərində cəmiyyətə nümayiş etdirmək, dahi şairin həyat və yaradıcılığının yad edilməsi və yaşadılmasıdır.
Sərgiyə giriş sərbəstdir. Sərginin açılışı 15 aprel 2014-cü il tarixində saat 18:00-da Muzey Mərkəzinin Sərgi salonunda baş tutacaq.