[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-911.jpg” ]
27 mart 2014-cü il tarixindən başlayaraq Balakən rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Qara Turizmin inkişafı və təbliği” layihəsi çəçivəsində nəzərdə tutulan təlimlər həyata keçirilmişdir.
Belə ki, Qara Turizm insanların savaş və təbii fəlakətlərin yaşandığı yerlərə, bu yerləri görmək üçün ziyarətləri ilə gerçəkləşən bir turizmdir. Qara turizmin tərifi adətən bu formada göstərilir: “Qara turizm, gerçək və ya törədilmiş ölüm, hüzün və dəhşət hadisələrinin keçdiyi müdafiə ərazilərinə, diqqət mərkəzlərinə ziyarət və ya səyahət etməkdir.” Qara turizmə aid Belçikadakı Vaterlu kimi savaş meydanları, Etna kimi vulkan püskürməsi əraziləri, Atom bombasının atıldığı Xiroşima (Yaponiya), Auschwitz ölüm kampları (Nasist kampları) kimi işkəncə mərkəzləri, Çanaqqala müharibələrinin baş verdiyi meydanlar, Dolmabaxça sarayı (M. K. Atatürkün vəfat etdiyi yer) və başqa nümunələr çəkilə bilər. Qara Turizm ərazilərinə edilən turistik səfərlər nəticəsində adıkeçən dövlətlərin turizm üzrə iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə artmaqdadır. Azərbaycan Qara Turizm ərazilərinə Qubada soyqırım abidəsini, Nargin “sürgün” adasını, Bakı şəhərində Şəhidlər Xiyabanını və başqa nümunələri göstərmək olar.
Təlimlər sırasında Turizm sənayesinin müasir inkişaf meylləri, Azərbaycanda Qara Turizm sahəsi, Qara Turizm sahəsinin üstünlükləri, iqtisadi-siyasi əhəmiyyəti kimi mövzularda məlumatlandırılma ilə bərabər geniş müzakirələr aparılmışdır. Təlimlərdə 25 nəfər Balakən gənci iştirak etmişdir. Qeyd edək ki, layihə rəhbəri Azərbaycan Turizm İnstitutunun müəllimi Səbuhi Aslanov olmuşdur. Səbuhi Aslanov mövzu ətrafında çıxışlar etdikdən sonra Balakən Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Sərxan Hacıyev layihə ideyasının əhəmiyyətini bir daha vurğulayaraq ölkədə iqtisadi inkişafa, məşğulluğun, turizm ehtiyatlarının artmasına və siyasi-ideoloji birliyə effektiv təsirindən söz açıb. Daha sonra təlim iştirakçılarının sualları cavablandırılmışdır. Qeyd edək ki, Balakən və Qax rayonlarında təlimlər uğurla başa vurulmuşdur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14211″ id=”14211″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]