[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-339.jpg” ]
30 mart 2014-cü il tarixində “Abşeron” Sərgi Qalereyasında Azərbaycan Gənclər Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib olmuş Qasımov Əzizağa tərəfindən həyata keçirilən “Rəngli dünyanın sakinləri” peşəkar foto-təlim layihəsinin bağlanış mərasimi keçirilmişdir. Layihənin əsas məqsədi “Rəngli dünyanın sakinləri” adı altında yaradıcı gəncləri bir araya toplamaq və fotoqrafiya sahəsində peşəkar təlimlər keçməkdir. Azərbaycanda daha öncələr də müxtəlif bölgə, şəhər və rayonlarda, o cümlədən, paytaxtda müasir fotoqrafiyaya aid yaradıcı layihələr keçirilmişdir. Lakin bu layihənin fərqliliyi və özəlliyi sağlam insanlarla bərabər, sağlamlıq məhdudiyyətli yeniyetmə və gənclər arasında körpü yaratmaqla onların birgə sərgisini keçirmək olmuşdur. Layihə çərçivəsində 4 gün müddətində paytaxtın müxtəlif universitet və məktəblərindən olan yeniyetmə və gənclərə peşəkar foto-təlimçi Əsgərov Fuad tərəfindən “Master klass” təlimləri keçilmişdir.
Təlimdən sonra gənclərin düşüncəsinə əsasən çəkilən fotolara sərgidə daha çox yer ayrılmışdır. Layihənin nəticəsi olaraq keçirilən sərgidə UAFA-nın rəhbəri xanım Qvendolin Börçel, UAFA Yasamal bölməsinin rəhbəri xanım Ülviyyə Mirzəyeva, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Münasib Həsənov, eyni zmanda bir çox QHT-lərin rəhbərləri iştirak etmişlər.
Sərgidə bütün layihə iştirakçıları sertifikatlarla təmin olunaraq gənclərə uğurlar arzulanmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14176″ id=”14176″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]