[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-242.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Ekologiya İşçi qrupunun təşkilati dəstəyi ilə gənclər arasında ekoloji foto-müsabiqə keçirilib. 14-29 yaşlı gənclər arasında keçirilən müsabiqəyə ekoloji mövzuda çəkilmiş 150-dən çox fotoşəkil təqdim olunmuş, təşkilat komitəsi tərəfindən onlardan 85-i bəyənilərək müsabiqəyə buraxılmışdır.
29 mart 2014-cü il tarixində “Megafun” əyləncə mərkəzində müsabiqədə iştirak edən fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdur. Sərgidə ATGTİ-nin İşçi qruplarla iş departamentinin direktoru Ürfan İsmayılov, layihənin rəhbəri Qəndab Poladova və ATGTİ Ekologiya işçi qrupunun rəhbəri Sənan Süleymanlı çıxış edərək layihənin gedişi barədə iştirakçıları məlumatlandırmış, qalibləri təbrik etmişlər. Ekoloji ideyasının orijinallığı ilə seçilən üç fotonun müəllifləri qalib diplomları, fotoaparat, i-pod shuffle və mp3 player kimi hədiyyələr, digər həvəskar fotoqraflar isə iştirakçı sertifikatı ilə mükafatlandırılmışlar. Müsabiqəyə təqdim olunmuş fotoşəkillərdən hazırlanmış kataloq sərgi iştirakçılarına paylanmışdır.
Qeyd edək ki, məqsədi bacarıqlı fotoqraf gəncləri üzə çıxarmaq, gənclər arasında ekologiyanın təbliğini gücləndirmək, ekologiya sahəsinin problemlərini hərtərəfli təhlil etməkdən ibarət olan müsabiqənin qalibi Cavad Salmanlı olmuşdur. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Günay Fərzəlibəyli və Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı Rasim Abdürəhmanovun fotoları layiq görülmüşdür.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14163″ id=”14163″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]