[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-334.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə şagirdlər, yeniyetmələr və tələbə gənclər mövzu haqqında maarifləndiriliblər.
Layihənin əsas məqsədi Azərbaycanda gənclərə intonasiyalı, səlis danışığı öyrətmək, onların müstəqil fikir ifadə etmək bacarığını inkişaf etdirmək, onları müxtəlif ictimai işlərdə, beynəlxalq tədbirlərdə, layihələrdə, bilik yarışlarında iştirak etməyə ruhlandırmaqdan ibarət idi. Gənclərə müxtəlif məqalələr, maraqlı ibrətamiz hekayələr təqdim olunub və həvəsləndirici oxu yarışları təşkil edilib. Daha sonra mövzu disput şəklində müzakirə olunub. Yarışlar nəticələrinə uyğun olaraq layihə koordinatoru tərəfindən qiymətləndirilib.
Layihədə 13-19 yaş arası gənclərin iştirakı ilə yanaşı, yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Nəticə olaraq gənclərin nitqləri səlisləşdiriləcək, layihənin davamlılığı üçün klublar yaradılacaq və gənclər ora cəlb olunacaq.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14125″ id=”14125″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]