[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-620.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrindən olan tələbələrin iştirakı ilə mövzu ətrafında təlimlər keçirilmişdir. Daha sonra iştirakçıların yol qaydaları haqqında biliklərinin yoxlanılması məqsədilə test keçirilmiş, qaliblər mükafatlandırılmışlar.
Həyata keçirilən layihədən 17-25 yaş arası gənclər faydalanıb. Təlimlər yerli qeyri-hökumət təşkilatlarının və yerli yol polisi nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Maarifləndirmə məqsədilə iştirakçılara yol hərəkəti qaydaları haqqında buklet və broşurlar paylanılıb.
Layihənin əsas ideyası gənclərin yol hərəkəti qaydalarını öyrənməsinə dəstək olmaq və yollarda təhlükəsiz davranış qaydalarının təbliğindən ibarət idi.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14115″ id=”141115″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]